Hande Harmancı: "Bakıdan rayonlara gediş-gəliş koronavirusa yoluxmanı artıra bilər"

Hande Harmancı:
SOSİAL

31 iyul 2020, 16:24

Mətn ölçüsü

“Bakıdan rayonlara gediş-gəlişin koronavirusa yoluxmaları artıracağı düşünülür. Qərarlar rəqəmlərə istinad etməklə alınır”.

News24.az
-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, rəqəmlər və statistika da bunu təsdiqləyir: "Bu qərarlar yoluxmanın azalması, daha az insanın ölməsi üçün qəbul edilir. Hər halda bu qərarları qəbul edən insanlar da bu gözəl havadan faydalanmaq istəyər. İnsanları qəbul edilən qərarlara riayət etməyə çağırıram. Bununla, qış aylarında daha az yoluxma ilə üzləşə bilərik”.