Bədəninizdə olan ağrılar hisslərinizdən qaynaqlana bilər

Bədəninizdə olan ağrılar hisslərinizdən qaynaqlana bilər
SOSİAL

02 avqust 2020, 13:15

Mətn ölçüsü

Mütəxəssislər hesab edir ki, hisslərimizdən qaynaqlanan psixoloji ağrılar mövcuddur.

News24.az xəbər verir ki, türkiyəli psixoloq Ənvər Gül çiyindən və beldən qollara, başa yayılan ağrının psixoloji olduğunu düşünür.

Onun sözlərinə görə bu cür ağrılarda həkim yardımı köməyə çatmırsa, məsələyə psixoloji qiymət verməliyik: “İnsanların mənəvi gərginlik anları müxtəlif formada özünü büruzə verir. Bir şeydən qorxmaq, həddindən artıq diqqətcil olmaq, halusinasiya görmək və ya depressiyaya girmə kimi hallarda bədən fərqli formada reaksiya verə bilər”.

Mütəxəssis psixoloji ağrıların növlərini sadalayarkən bunları qeyd edib: “Baş ağrısı, əzələ ağrıları, bel ağrısı, qarın ağrısı ən çox yayılmış psixogen ağrı növləridir. Psixoloji ağrılara pis xatirələr, yaxınını itirmək və mənəvi böhran kimi amillər səbəb olur. Bu cür məqamlarda psixoloq dəstəyindən faydalanmaq mütləqdir”.