Bu xəstəliyi olanlara Qurban bayramında ət istehlakı risklidir

Bu xəstəliyi olanlara Qurban bayramında ət istehlakı risklidir
SOSİAL

02 avqust 2020, 15:30

Mətn ölçüsü

Mütəxəssislər hesab edir ki, Qurban bayramı və ondan sonrakı dövrdə piylənmə, yüksək təzyiq, ürək-damar, mədə və diabet xəstəliyi olan insanlar qidalanmalarına diqqət yetirməlidir.

News24.az xəbər verir ki, onların sözlərinə görə, səhər yeməyi orqanizmin dözümlülüyünü təmin etmək baxımından çox faydalıdır.

Bildirilir ki, ürək-damar xəstəlikləri, şəkərli diabet və yüksək qan təzyiqi olan insanlar yağsız və ya az yağlı ətə üstünlük verməli, məhdud miqdarda istehlak etməlidir.

Yeni kəsilmiş heyvanların ətinin sərtliyi həm yeməkdə, həm də həzmdə çətinlik yaradır. Bu səbəbdən xüsusilə, mədə-bağırsaq xəstəliyi olanlar qurban ətini dərhal istehlak etməməlidir. Bir neçə gün soyuducuda gözlədikdən sonra qaynadıb və ya qızardıb yemək tövsiyə olunur. Qeyd olunur ki, xolesterol və ürək-damar xəstəlikləri olan insanlar ət istehlakını azaltmalıdır.