Şəki və Siyəzən siyahıdan çıxarıldı

Şəki və Siyəzən siyahıdan çıxarıldı
SOSİAL

03 avqust 2020, 18:57

Mətn ölçüsü

Avqustun 5-dən Salyan rayonunda da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında davam edəcək.

Qeyd edək ki, avqustun 5-dən etibarən, Şəki və Siyəzən rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.