Aylardır dəniz üzünə həsrət qalan Bakı əhli arzusuna çatdı - Pandemiya dövrünün çimərliyində bir gün - Videreportaj - FOTOLAR

Aylardır dəniz üzünə həsrət qalan Bakı əhli arzusuna çatdı - Pandemiya dövrünün çimərliyində bir gün - Videreportaj - FOTOLAR
SOSİAL

06 avqust 2020, 18:58

Mətn ölçüsü

5 avqust tarixindən etibarən Operativ Qərargah çimərliklərin fəaliyyətini bərpa etdi. Bir neçə dövlət qurumlarından ibarət monitorinq qrupu 229 çimərliyə baxış həyata keçirdi. Beləcə, sosial məsafə gözlənilməklə, həmçinin təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı çimərliklər müəyyənləşdirildi. Yeni qərara əsasən, çimərlik.az saytından istifadə etməklə insanlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, şəraiti və ünvanı barədə məlumatları əldə edə bilirlər. 

Biz də öz növbəmizdə News24.az olaraq vətəndaşların gedəcəkləri çimərliyi necə seçdikləri, sosial məsafə qaydalarını qoruyub-qorumadıqları, yaradılan şəraitdən razı qalıb-qalmamaları barədə suallarımıza cavab tapmaq üçün çimərlik.az portalında icazəli fəaliyyət göstərən “Şıxov” çimərliyinə üz tutduq. 

İlk müşahidələrimizə əsasən, ümumən vətəndaşların gigiyena və sanitariya qaydalarına əməl etdiklərinin şahidi olduq. 

Daha ətraflı videoda:

Məhərrəm Əliyev
VİDEO-Foto: Fərid Şabanov























YouTube