Prezidentin sərt çıxışına deputatdan ŞƏRH: Onu aldatmaq mümkün deyil

Prezidentin sərt çıxışına deputatdan ŞƏRH: Onu aldatmaq mümkün deyil
SOSİAL

06 avqust 2020, 18:05

Mətn ölçüsü


“Ölkə başçısı baş verən hadisələrlə bağlı bütün informasiyalara sahibdir”.


News24.az xəbər verir ki, bunu bugünkü müşavirədə ölkə Prezidentinin çıxışını təhlil edən deputat Fazil Mustafa deyib.

F.Mustafa bildirib ki, ölkə başçısı kadr islahatları kursunu layiqlə davam etdirir: Elə bir təyinatlar baş verir ki, bu, çox insan üçün sürpriz olur. Məhz islahatları həyata keçirmək üçün ayrı-ayrı qurumlara gənclər arasından namizədlər seçilir. Özlərini doğruldan kadrlara da meydan verilir ki, potensiallarını cəmiyyətə xidmət üçün istifadə etsinlər. 

Bu çıxışdan asılı olmayaraq, kadr islahatları davam edəcək. Prezident bu müşavirədə hər zamankı kimi, nöqsanları göstərdi. Ölkə başçısı baş verən hadisələrlə bağlı bütün informasiyalara sahibdir. Onu hər hansı bir şəkildə yalan informasiyalarla aldatmaq mümkün deyil”.

Məhərrəm Əliyev