Koronavirusun peyvəndi ilə bağlı ÜMİDLƏNDİRİCİ XƏBƏR – TEZLİKLƏ …

Koronavirusun peyvəndi ilə bağlı ÜMİDLƏNDİRİCİ XƏBƏR – TEZLİKLƏ …
SOSİAL

09 avqust 2020, 11:03

Mətn ölçüsü

Koronavirus pandemiyası dünyanı öz ağuşuna almaqda davam edir. İnsanlar isə COVID-19-un vaksininin nə vaxt hazır olacağını maraqla gözləyirlər. Son məlumatlara görə, peyvənd haqqında ümid verici xəbəri əvvəlcə ABŞ, daha sonra isə Almaniya yayıb.

News24.az xəbər verir ki, dünyanın səbirsizliklə gözlədiyi peyvənd xəbəri dünən ABŞ prezidentindən gəldi. 

Donald Tramp qatıldığı bir radio yayımında “mənim yerimdə başqası olsa, iki il ərzində vaksin haqqında danışa bilməyəcəkdiniz”, - deyə bildirib. ABŞ prezidenti daha sonra sözlərinə belə davam edib: “Bunu səs toplamaq üçün etmirəm. İnsanların həyatını xilas etmək üçün edirəm”. 
Vaksinlə bağlı proseslərin sürətlə inkişaf etdiyini deyən Tramp peyvəndin ilin sonuna qədər hazır olacağını və nə qədər tez olsa, o qədər yaxşı nəticə alacaqlarını vurğulayıb. “Peyvəndin 3 noyabr seçkilərindən əvvəl hazır olacağını gözləyirsinizmi” sualına “vaksinin seçkilərdən əvvəl hazır olması mümkündür. Bizim böyük şirkətlərimiz var. Bu şirkətlər dünyada ən yaxşılardır”, - deyə Tramp bildirib. 

Almaniyada peyvənd və dərmanları təsdiqləmək səlahiyyətinə sahib olan “Paul-Ehrlich” İnstitutunun sədri Klaus Kikutek isə ölkənin yerli ZDF televiziyasına müsahibəsində bildirib ki, COVID-19-a qarşı vaksin tezlikdə hazır ola bilər. O, əlavə edib ki, son həftələrdə ilk klinik test nəticələri bəzi vaksinlərin insanlarda COVID-19-a qarşı xüsusi bir immun reaksiya verə biləcəyini göstərib. Professor bunun çox yaxşı bir xəbər olduğunu deyib.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanları sayı 19 milyon 200 min, ölənlərin sayı isə 717 min nəfərdir.

Məhərrəm