Əmək pensiyasında mühüm yenilik

Əmək pensiyasında mühüm yenilik
SOSİAL / SİYASƏT

05 oktyabr 2018, 18:20

Mətn ölçüsü

Qanuna dəyişiklik gözlənilir.

Əgər vətəndaş pensiyaya çıxmazdan öncə vəfat edərsə, pensiyasının yığım hissəsində toplanan vəsait varislərinə veriləcək.

Bu yenilik əmək pensiyası haqqında qanunda bu il gözlənilən dəyişiklikdən sonra qüvvəyə minəcək.

Əmək pensiyasının yığım hissəsində pulu toplanan, ancaq pensiyaya çıxmadan vəfat edən şəxslərin həmin vəsaiti varislərinə veriləcək. Bu, Əmək Pensiyaları haqqında qanuna 2015-ci ilin sonunadək edilməsi gözlənilən dəyişikliklə mümkün olacaq.

Hazırda Azərbaycan qanunvericiliyinə görə əmək pensiyası 3 komponentdən - baza hissəsi, sığorta hissəsi və yığım hissəsindən ibarətdir. Baza hissəsi dövlətin müəyyən etdiyi, sığorta hissəsi fərdin maaşına görə tutulan puldur. Yığım hissəsi isə hələ ki, aktiv olaraq fəaliyyət göstərmir. Bu il qanuna ediləcək dəyişikliklə yığım hissəsinin də aktiv hala gətirilməsi planlaşdırılır.

Yəni dəyişiklik əmək pensiyasının formalaşmasında hələ ki, istifadə edilməyən yığım hissəsinə aid ediləcək. Vətəndaşların əmək pensiyasının yığım hissəsinin olmasının məcburi və ya könüllü olması isə hələ ki, bəlli deyil.