Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur

Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur
SOSİAL

12 avqust 2020, 09:40

Mətn ölçüsü

Daha 279 nəfər azərbaycanlının Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçirilir.

News24.az xəbər verir ki, onların 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır.

Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində virus aşkarlanmayıb. 

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 1 500 nəfərə yaxın azərbaycanlı Azərbaycana çatdırılıb. /Report.az/