Gürcüstanda koronavirusa yoluxan azərbaycanlıda Sibir xorası aşkarlanıb

Gürcüstanda koronavirusa yoluxan azərbaycanlıda Sibir xorası aşkarlanıb
SOSİAL

12 avqust 2020, 18:47

Mətn ölçüsü

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində koronavirus diaqnozu qoyulan qadında Sibir xorası da aşkarlanıb.

News24.az
xəbər verir ki, bu barədə Azadlıq radiosunun Gürcüstan xidməti məlumat yayıb.

Pasiyent Sibir xorasına xas simptomlarla Rustavi şəhər Mərkəzi Xəstəxanasına avqustun 11-də yerləşdirilib. Yüksək temperaturlu qadın Sibir xorası və koronavirusla bağlı testdən keçirilib. Hər iki halda cavab pozitiv olub.

Qeyd edək ki, Qaracalar kəndində iyulun 24-dən avqustun 10-dək xüsusi karantin rejimi tətbiq olunub.