İsmayıllıda polis ictimai nəqliyyatda reyd keçirdi - FOTO

İsmayıllıda polis ictimai nəqliyyatda reyd keçirdi - FOTO
SOSİAL

17 avqust 2020, 11:01

Mətn ölçüsü

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Əsədli kəndindəki fərdi yaşayış evlərinin birində karantin rejiminin qaydalarına zidd olaraq 10 nəfərə yaxın şəxsin toplaşaraq xınayaxdı məclisi təşkil etməsi barədə məlumat daxil olub.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib və orada karantin rejiminin tələblərinin pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub, digərlərinə isə ciddi xəbərdarlıq edilib.