Balakəndə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - FOTO

Balakəndə “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - FOTO
SOSİAL

17 avqust 2020, 16:26

Mətn ölçüsü

17 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional  “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

News24.az xəbər verir ki, Balakən “ASAN xidmət” mərkəzi  Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 000- ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Cari ilin 29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Hazırda 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.