Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq
SOSİAL

20 avqust 2020, 13:37

Mətn ölçüsü

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, 21 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz  32-35,  Bakıda  gecə 21-23, gündüz  32-34 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm  civə sütununa enəcək,  nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

21 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq.  Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz  16-21 dərəcə  isti təşkil edəcək.