Tovuzun Ağdam kəndində müharibə veteranlarının evlərinə QAZ ÇƏKİLİR

Tovuzun Ağdam kəndində müharibə veteranlarının evlərinə QAZ ÇƏKİLİR
SOSİAL

21 avqust 2020, 11:09

Mətn ölçüsü

Azəriqaz” İstehsalat Birliyi ölkəmizin düşmənlə təmas xəttindəki rayon və kəndlərində yaşayan insanların kommunal problemlərinin həllinə həssaslıqla yanaşır. İstər dövlət proqramları çərçivəsində, istərsə də Birliyin tədbirlər planına daxil olan təmir-tikinti prosesləri zamanı belə ərazilərdə yaşayan vətəndaşların müraciətləri daha çox diqqətdə saxlanılır.

News24.az xəbər verir ki, bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları iyul ayının əvvəllərində düşmən təxribatı ilə üz-üzə qalan Tovuz rayonunun Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb. Belə ki, Ağdam kəndində müharibə veteranlarının fərdi evlərinin qazlaşdırılması icra edilir. Müraciət olunan 7 fərdi yaşayış evinin qaz təchizatı həyata keçirilir. Bunun üçün uzunluğu 1500 metrə yaxın diametri 57 mm olan borularla əsas küçə xətləri çəkilib. 

“Azəriqaz” İB bildirir ki, bundan sonra da Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin qaz təchizatı ilə bağlı çətinlikləri daim diqqətdə saxlanılacaq və onların müraciətləri vaxtında icra ediləcək. Məlumat üçün bildirək ki, 2020-ci ildə 20-dən çox belə ailənin müraciəti əsasında qazlaşma aparılıb, qaz xətlərinin yerinin dəyişdirilməsi işləri görülüb.