Səyyar ASAN Respublika Psixiatriya Xəstəxanasında 180-dən çox şəxsə xidmət göstərib - FOTO

Səyyar ASAN Respublika Psixiatriya Xəstəxanasında 180-dən çox şəxsə xidmət göstərib - FOTO
SOSİAL

21 avqust 2020, 15:59

Mətn ölçüsü

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan 180-dən çox şəxsə səyyar ASAN xidmət göstərilib.

ASAN xidmətdən News24.az-a verilən məlumata görə, onlar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.