"Karantinlə pandemiyanın qarşısının alınması ideal üsul deyil" - Elnur Azadxanov

"Karantinlə pandemiyanın qarşısının alınması ideal üsul deyil" - Elnur Azadxanov
SOSİAL

21 avqust 2020, 17:42

Mətn ölçüsü

"Qaranlığı söyməkdənsə, bir şam yandırmalıyıq. Hamılıqla eyni nöqtəyə vurub, mübarizə aparmalıyıq".

News24.az xəbər verir ki, bunu Operativ Qərargahın bugünkü brifinqində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib. O bildirib ki, hər kəs ortaq məqsəd uğrunda mübarizə aparır:"Burada fərdin vicdanı və məsuliyyəti ön plana keçir. Bütün pandemiyalar sonda bitib. Karantinlə pandemiyanın qarşısının alınması ideal üsul deyil. Amma hazırda alternativ və başqa modern üsul yoxdur. Məsuliyyətli olsaq, bu virus da tarixə qovuşacaq".