Direktor Cəlilabad xəstəxanasında dərmanların PULLA SATILMASINDAN danışdı..

Direktor Cəlilabad xəstəxanasında dərmanların PULLA SATILMASINDAN danışdı..
SOSİAL

21 avqust 2020, 18:30

Mətn ölçüsü

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru sözügedən xəstəxanada xəstələrə gündəlik dərmanların müəyyən olunmuş qaydadan daha az və ödənişli əsaslarla verilməsi barədə iddialara münasibət bildirib.

News24.az xəbər verir ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib ki, belə bir fakt varsa, iddia edən tərəf müraciət etsin, hüquqi müstəvidə araşdırma aparılsın: “İddia təsdiqini taparsa, günahkarların cəzalandırılmasında biz də birbaşa maraqlıyıq”.

Direktor bildirib ki, onda belə bir iddia barədə məlumat yoxdur: “Nə TƏBİB-ə, nə də xəstəxanaya belə bir iddia daxil olub. Varsa, dediyim kimi iddiaçı ortaya çıxsın və iddiasını irəli sürsün. Bu halda məsələ hüquqi müstəvidə həllini tapacaq. Digər tərəfdən, dərmanların hamısı xəstələrə protokola uyğun qaydada verilir. Yəni, protokoldan çıxmaya yol verilə bilməz. Hansı dərman hansı xəstəyə uyğundur deyə, istisnalar var.  Məsələn, bir xəstədə hansısa dərman əks göstərişli ola bilər”.

Məhərrəm Əliyev