Məcburi köçkün Prezidentə MÜRACİƏT ETDİ - "Qaçqınkom"dan ŞİKAYƏT - VİDEO

Məcburi köçkün Prezidentə MÜRACİƏT ETDİ -
SOSİAL

24 avqust 2020, 18:29

Mətn ölçüsü

Füzuli rayonundan olan məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə bağlı prezidentə müraciət edib.

News24.az-a daxil olan məlumata görə, həmin rayonun sakini İbişov Orxan Nurəddin oğlu qeyd edib ki, iki il ardıcıl olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə mənzillə təmin olunmaları üçün müraciət edib. 

Şikayətçi vurğulayıb ki, qurumdan vətəndaşa dəfələrlə ərizə formasında evlə təmin olunacağı bildirilsə də, bu, reallaşmır.  

Qurumla əlaqə saxladıq və onlar sorğumuza cavab verəcəklərini bildirdilər. Amma bu cavab sonsuzluğa doğru uzandı. Və o səbəbdən də yazını qarşı tərəfin mövqeyini gözləməkdən usandığımız üçün yayımlayırıq.

Buna baxmayaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müraciətlə bağlı mövqeyini işıqlandırmağa hazırıq. 

Məhərrəm Əliyev 

YouTube