Ali məktəblərdə yaşlı müəllimlər çoxluq təşkil etdiyinə görə distant təhsil olacaq

Ali məktəblərdə yaşlı müəllimlər çoxluq təşkil etdiyinə görə distant təhsil olacaq
SOSİAL

27 avqust 2020, 18:21

Mətn ölçüsü

“İki ali təhsil müəssisi çıxmaq şərti ilə, ali məktəblərdə yaşı 70-dən yuxarı olan müəllimlər 10 faizdən, 50 yaşdan yuxarı olanlar isə 50 faizdən çoxdur”.

News24.az-ın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, ona görə də ali məktəblərdə distant təhsil forması təklif edilib.