İbtidai siniflər üçün sentyabrın 15-də məktəbdə dərslər başlayır

İbtidai siniflər üçün sentyabrın 15-də məktəbdə dərslər başlayır
SOSİAL

29 avqust 2020, 13:23

Mətn ölçüsü

Azərbaycan məktəblərinin ibtidai siniflərində sentyabrın 15-dən dərs başlayacaq.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib.

Qeyd edilib ki, ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə sentyabrın 15-dən dərslər əyani formada başlayacaq.