48 şəxsin Azərbaycana ekstradisiyası təmin edilib - Rəsmi

48 şəxsin Azərbaycana ekstradisiyası təmin edilib - Rəsmi Sosial

2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan 48 nəfərin Azərbaycana gətirilməsi təmin olunub.

News24.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Onlardan 20 nəfər Rusiyadan, 6 nəfər Gürcüstandan, 6 nəfər Qazaxıstandan, 4 nəfər Birləşmiş Ərəb Əmirliklərindən, 4 nəfər Ukraynadan, 2 nəfər Türkiyədən, 2 nəfər Monteneqrodan, 1 nəfər Almaniyadan, 1 nəfər Serbiyadan, 1 nəfər Moldovadan və 1 nəfər Özbəkistandan təhvil alınıb. pizza sifarişi

Eyni zamanda, bu müddətdə 20 nəfərin xarici ölkələrə təhvil verilməsi təmin edilib. Onlardan 6 nəfər Özbəkistana, 4 nəfər Rusiyaya, 3 nəfər Qırğız Respublikasına, 1 nəfər Moldovaya, 1 nəfər Çinə, 1 nəfər Hindistana, 1 nəfər Türkiyəyə, 1 nəfər Rumıniyaya, 1 nəfər Tacikistana və 1 nəfər Türkmənistana təhvil verilib./APA