Bu istiqamətlərdə xəttə əlavə avtobuslar verilir - RƏSMİ - FOTO

Bu istiqamətlərdə xəttə əlavə avtobuslar verilir - RƏSMİ - FOTO
SOSİAL

31 avqust 2020, 17:38

Mətn ölçüsü

Bakının “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişin daşınması üçün əlavə avtobuslar xəttə verilir.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, səhər və axşam - pik saatlarda sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə xəttə əlavə avtobuslar cəlb edilir.

Axşam pik saatlarında metronun “Nizami”, “Elmlər Akademiyası” və “İçərişəhər” metrostansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik “BakuBus” avtobusları xidmətə buraxılır.