AVRO-2020: Könüllülərin yeni qeydiyyat mərhələsi başlayır

AVRO-2020: Könüllülərin yeni qeydiyyat mərhələsi başlayır
SOSİAL

31 avqust 2020, 18:02

Mətn ölçüsü

Sentyabrın 15-dən AVRO-2020 üçün Bakı Könüllülər proqramının yeni qeydiyyat mərhələsinə start veriləcək.

News24.az AFFA-nın saytına istinadən məlumatına görə, qeydiyyat onlayn formada UEFA Fame sistemində olacaq.

Qeydiyyat üçün ötən illərdə könüllülük üçün müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha əvvəl AVRO-2020 Bakı üçün müraciət etmiş və müsahibə mərhələsində iştirak etmiş könüllülərin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.