Virtual məktəbə qeydiyyat müvəqqəti dayandırılır

Virtual məktəbə qeydiyyat müvəqqəti dayandırılır
SOSİAL

08 sentyabr 2020, 11:44

Mətn ölçüsü

Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

News24.az xəbər verir ki, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.