“Bu il plan yerlərinin sayı 1 faiz, dövlət sifarişli yerlərin sayı 8 faiz artıb” - DİM sədri

“Bu il plan yerlərinin sayı 1 faiz, dövlət sifarişli yerlərin sayı 8 faiz artıb” - DİM sədri
SOSİAL

08 sentyabr 2020, 15:41

Mətn ölçüsü

“2020-ci ildə I qrupda imtahan verən 28842 nəfərdən 58,9 %-i müsabiqəyə buraxılıb. Keçən il I qrup üzrə imtahanlarda 27927 nəfər iştirak edib, onlardan  57 faizi imtahana buraxılıb”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, II qrupda bu il imtahan verən abituriyentlərin 63,4 faizi, III qrupda 84,3 faizi, IV qrup üzrə isə 82 faizi müsabiqəyə buraxılıb: "Müsabiqəyə subbakalavrlar da qatılır, bu il 17 min subbakalavr sənəd verib. I qrupa 5179 nəfər, II qrupa 5240, III qrupa 2853, IV qrupa 1609 nəfər əlavə olunacaq. Plan yerləri bu il 1 faiz, dövlət sifarişli yerlərin sayı 8 faiz artıb”.