"Yaxşı ki, yolları açdılar, yoxsa qohum-əqrabanın üzünü unutmuşdum" - BAKI-ƏLƏT YOLUNDAN VİDEOREPORTAJ

"Yaxşı ki, yolları açdılar, yoxsa qohum-əqrabanın üzünü unutmuşdum" - BAKI-ƏLƏT YOLUNDAN VİDEOREPORTAJ
SOSİAL / Video

08 sentyabr 2020, 19:30

Mətn ölçüsü

Məlum olduğu kimi artıq bir neçə aydır ölkəmizdə COVİD 19 pandemiyasının yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi ilə bağlı bir sıra qanunlar qüvvəyə minib. Onlardan biri də məhz bölgələrimizə giriş-çıxışla bağlı idi. Xüsusi olaraq yay aylarında Azərbaycanın bölgələrinə getmək istəyən vətəndaşlar çox təəssüf ki, bu arzularından vazgeçməli olurdular. Lakin bu gün, yəni sentyabrın 8-i, saat 00:00-dan sözügedən qanun ləğv olunub, amma təbii ki, müəyyən şərtlər əsasında. Əgər siz bölgələrimizə səfər etmək istəyirsinizsə, o zaman ya şəxsi avtomobilinizdən, ya da taksidən istifadə etməlisiniz. 

Onu da deyək ki, sözügedən qanun şəhərlərarası və rayonlararası sərnişindaşımaya aid deyil.

Mövzunun aktuallığını nəzərə alaraq News24.az-ın çəkiliş qrupu  Ələt postuna yolanıb. Burda adi karantin günlərindən fərqli olaraq uzun-uzadı yoxlanışlar və növbələr artıq yoxdur, amma avtomobillərin də sayında artım müşahidə olunur. İnsanlar isə müəyyən olunmuş sanitar-gigiyenik qaydalara əməl edirlər. 

Sərnişinlər və sürücülər qoyulan qaydadan razı olduqlarını dilə gətirərək, bundan sonra da işlərinin daha da asanlaşacağını, əvvəlki həyatlarına tezliklə dönəcəklərini ümid etdiklərini bildiriblər. 

Sonda onu da qeyd edək ki, COVİD-19 hələ də həyatımızdadır. Bu virusun həyatımızdan tamamilə çıxması üçün yenə də bizim üzərimizə böyük məsuliyyət düşür. Müəyyən yumşalmalar olsa da, qaydalara riayət etməyi unutmamalı, özümüzün, sevdiklərimizin sağlamlığını riskə atmamalıyıq.

Odur ki, qoyulan qaydalara əməl etməklə yolunuz açıq olsun!

Sevda Bayramova
VİDEO: Fərid Şabanov

YouTube