Reanimasiyada olan, tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı AÇIQLANDI

Reanimasiyada olan, tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı AÇIQLANDI
SOSİAL

09 sentyabr 2020, 17:00

Mətn ölçüsü

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2058-dir. 

TƏBİB-dən News24.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 139, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 15-dir.
Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb,154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.