Sabah Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Sabah Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
SOSİAL

11 sentyabr 2020, 10:51

Mətn ölçüsü

Sentyabr ayının 12-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. 

Bakı Şəhər İcra Hakimiyyətindən News24.az-a verilən xəbərə görə, bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.