"Qızlar Universitetinə bir oğlan qəbul olmuşdu" - DİM sədri

"Qızlar Universitetinə bir oğlan qəbul olmuşdu" - DİM sədri
SOSİAL

11 sentyabr 2020, 12:58

Mətn ölçüsü

"Qızlar Universitetinin adından məlumdur ki, orada yalnız qızlar oxuyur. Keçən il bir nəfər oğlan ora qəbul olmuşdu. Gəlib bizə müraciət edib ki, görürsünüz ki, oğlanam, məni niyə qəbul edirsiniz?" 

News24.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda deyib.

DİM sədri fikrini belə tamamlayıb: "Burada bizim günahımız yoxdur. Həmin ərizəni yazan sizsiniz. Seçim edərkən diqqətli olun". 

Məhərrəm Əliyev