Məktəb binalarına bir neçə giriş təşkil ediləcək - RƏSMİ

Məktəb binalarına bir neçə giriş təşkil ediləcək - RƏSMİ
SOSİAL

11 sentyabr 2020, 18:01

Mətn ölçüsü

“Şagirdlər məktəblərə daxil olan zaman növbə yaranmasın deyə, Təhsil Nazirliyi tərəfindən bəzi addımlar atılır. Belə ki, məktəbə daxil olmaq üçün müxtəlif girişlərdən istifadə olunacaq. Uşaqlar bir girişdən deyil, bir neçə girişdən hərarətləri ölçülərək məktəbə buraxılacaq”. 

News24.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında bildirib. 

Nazirin müşaviri həmçinin məktəblərdə sanitar qovşaqların vəziyyəti ilə bağlı məsələyə də aydınlıq gətirib. O, bildirib ki, yay vaxtında məktəblərdə sanitar qovşaqlarının yoxlanması həyata keçirilib: “Bəzi kənd məktəblərində bu qovşaqlarda su problemi var idi və bu aradan qaldırılıb. Su problemi olan kəndlərdə isə məktəblər su ilə təmin olunub”.