Müəllimlərin ilkin vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı

Müəllimlərin ilkin vakansiya seçimi mərhələsinin nəticələri açıqlandı
SOSİAL

12 sentyabr 2020, 11:12

Mətn ölçüsü

Cari ilin 8-9 sentyabr tarixlərində keçirilən müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən News24.az-a verilən xəbərə görə, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Nəticələrə əsasən, 2699 namizəd vakant yer tutub.

Vakant yer tutmuş namizədlər 16 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Qeyd olunan tarixədək sənədlərini müvafiq yerli təhsili idarəetmə orqanına təqdim etməyən şəxslər tutduğu vakant yerdən imtina etmiş hesab olunacaq.