Məktəbdə himn zamanı huşunu itirib yıxılan şəxslə bağlı nazirlikdən AÇIQLAMA

Məktəbdə himn zamanı huşunu itirib yıxılan şəxslə bağlı nazirlikdən AÇIQLAMA
SOSİAL

16 sentyabr 2020, 15:10

Mətn ölçüsü

Təhsil Nazirliyi 15 sentyabr - Bilik günü tiribunadan yıxılan şəxslə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, açıqlamada deyilir:

"Öncə qeyd etmək istəyirik ki, baş verən hadisə ilə bağlı dərin təəssüf hissi keçiririk. Videoda göründüyü kimi şəxs özünü narahat hiss edib və huşunu itirərək yıxılıb. Müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və şəhər klinik xəstəxanasına çatdırılıb. İlkin yardım edilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir".