Fatih Terim: "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik

Fatih Terim: "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik
SOSİAL

16 sentyabr 2020, 18:10

Mətn ölçüsü

"Azərbaycan bizə hər zaman sevgisindən şübhə etmədiyimiz ölkədir".

News24.az
-ın məlumatına görə, bu fikirləri Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib:

"Uzun illər sonra Bakıda olduğum üçün çox xoşbəxtəm. "Qalatasaray" avrokuboklara öyrəncəli komandadır. Azərbaycan bizə hər zaman sevgisindən şübhə etmədiyimiz ölkədir. "Qarabağ"ın "Molde" ilə oyununu izləyəcəyik. Bu komandanın "Neftçi" ilə rəqabət apardığını bilirəm. Heyətdə dəyişiklik edəcəyinə sabah qərar verəcəyik. Sıx qrafiki nəzərə alaraq, bütün oyunçuların buna uyğunlaşmaları lazımdır. Buna görə birinci və ikinci nömrə futbolçuların sintezindən komanda qura bilərik. Buna rotasiya demək olmaz".