5 övladını sığınacağa verən ananın sosial yardım iddiasına aydınlıq gətirildi

5 övladını sığınacağa verən ananın sosial yardım iddiasına aydınlıq gətirildi Sosial

"Goranboy rayon sakini Qarayeva Samirə Əbülfət qızının sosial yardım almaması ilə bağlı iddiaları əsassızdır".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, həmin vətəndaşın ailəsinə müraciəti əsasında 2024-cü il oktyabrın 1-dən 2025-ci il oktyabrın 1-dək 1 il müdətinə aylıq 769,62 manat məbləğində ünvanlı sosial yardım təyin edilərək ödənilib:

"Qanunvericiliyin tələblərinə əsasən, ünvanlı dövlət sosial yardımın ödənilmə müddəti 1 ildir. Bundan sonra onun ünvanlı sosial yardımla bağlı elektron sistemə müraciəti daxil olmayıb. Əgər vətəndaş təkrar müraciət edərsə, ailənin ünvanlı sosial yardımla bağlı hüququna baxıla bilər".

Xatırladaq ki, ARB-nin "Səni axtarıram" veirilişində Goranboy rayon sakini Samirə Qarayeva sosial yardım ala bilmədiyini əsas gətirərək, uşaqlarını sığınacağa yerləşdirmək istədiyini bildirib.

Nilufər