Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək

Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək
SOSİAL

15 oktyabr 2020, 16:30

Mətn ölçüsü

13 - 15 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək.

News24.az
xəbər verir ki, ölkəmizdə ilk dəfə və onlayn formada reallaşdırılacaq tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələlərinə toxunulacaq.

Tədbirin əsas məqsədləri sırasında dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı haqq işinə yönəltmək və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur.

Hakatonda iştirak etmək istəyən şəxslər 15 oktyabr - 10 noyabr tarixlərində qeydiyyatdan keçə bilərlər. 
Tədbirin işçi dili ingilis dilidir və məlumat mübadiləsi müvafiq dildə aparılacaqdır. 

Qeydiyyat üçün link: http://globaldeftech.com