Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - Nazir
Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb.
News24.az-ın məlumatına görə, nazir bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu.
Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olub.
Digər şagirdimiz Artur oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almışdı. Bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.
Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!
19:15
18:23
SOSİAL
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb24 oktyabr 2020, 13:21
HADİSƏ
Gəncəyə atılan raket nəticəsində xəsarət almış 13 yaşlı yeniyetmə vəfat edib24 oktyabr 2020, 11:29
HADİSƏ / SOSİAL
Ermənilərin Gəncəyə raket atması nəticəsində daha bir məktəbli HƏLAK OLDU17 oktyabr 2020, 13:49
DAĞLIQ QARABAĞ / HADİSƏ
Ermənistanın təcavüzü nəticəsində həlak olan daha bir məktəbli13 oktyabr 2020, 11:52