Nazir: "Müəllimlərimizin yaş kateqoriyasını da nəzərə alırıq"

Nazir:
SOSİAL

30 oktyabr 2020, 11:21

Mətn ölçüsü

"Biz bir amildən asılı deyilik. Burada şagirdlərimizin və müəllimlərimizin sağlamlığı vacib məsələdir. Şagirdlərin öyrənməsi bizim üçün əsas prioritetdir. Təhsil verənlər olaraq müəllimlərimizin yaş kateqoriyasını da nəzərə alırıq". 

News24.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. Təhsil nazirinin sözlərinə görə, yoluxma sayının mindən yuxarı olması distant təhsilin optimal qərar olduğunu göstərir: "İnanırıq ki, hər bir vətəndaşımız öz məsuliyyətini dərk edəcək. Pandemiya insan davranışı ilə bağlı olan məsələdir. Sosial məsafənin gözlənilməsi, maskadan istifadə, gigiyenik tədbirlər bu vəziyyətdən daha səmərəli çıxmağımıza kömək edə bilər".