"Şagirdin ənənəvi qaydada təhsil almasının tərəfdarıyıq" - Emin Əmrullayev

"Şagirdin ənənəvi qaydada təhsil almasının tərəfdarıyıq" - Emin Əmrullayev
SOSİAL

30 oktyabr 2020, 11:23

Mətn ölçüsü

"Biz hər iki həftədən bir vəziyyəti qiymətləndirə bilirik".

News24.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, hər bir məktəbin, şagirdin ənənəvi qaydada təhsil almasının tərəfdarıyıq:"Problemlərin həlli bir adamdan asılı deyil. Bu proses birlikdə mümkündür. Virus görünmür. O, hər bir yerdə kimliyindən asılı olmayaraq, hər bir şəxsə yoluxa bilər.

Xalqımız üçün şanlı olan bir dövrdə hər bir vətənfaşın qarşımızda olan milli maraqlara nail olmaq üçün əsas meyar qoyulan qaydalara əməl etməkdir".