“Virtual məktəb”dən faydalananların sayı AÇIQLANIB

“Virtual məktəb”dən faydalananların sayı AÇIQLANIB
SOSİAL

23 noyabr 2020, 15:37

Mətn ölçüsü

Davamlı və keyfiyyətli təhsilin təmin edilməsinə şərait yaradan “Virtual məktəb”dən faydalananların sayı artır.

Təhsil Nazirliyindən News24.az-a bildirilib ki, 15-21 noyabr tarixləri üzrə platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 285 399, müəllimlərin sayı 123 029, aktiv istifadəçilərin sayı 861 403 nəfər, həftə ərzində keçirilmiş dərslərin sayı isə 5 754 809 olub.