Sabah Bakıda yağış, dağlıq ərazilərdə QAR YAĞACAQ

Sabah Bakıda yağış, dağlıq ərazilərdə QAR YAĞACAQ
SOSİAL

26 noyabr 2020, 15:10

Mətn ölçüsü

Noyabrın 27-də gecə və səhər Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycanın bəzi şərq rayonlarında noyabrın 27-si gecə və səhər arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.