İpoteka və Kredit Zəmanət Fondunun balansında 983 kirayə mənzil var

İpoteka və Kredit Zəmanət Fondunun balansında 983 kirayə mənzil var
SOSİAL

01 dekabr 2020, 16:33

Mətn ölçüsü

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində bugünədək 380 mənzil rəsmiləşdirilərək vətəndaşlara təhvil verib.


İKZF-dan News24.az-a verilən məlumata görə, hazırda Fondun balansında 983 kirayə mənzil var. Yaxın zamanda mənzil fonduna əlavə 194 yeni mənzil əlavə olunacaq.

Yeni mənzillərin 52-si 9-cu mikrorayon ərazisində yerləşən kompleksdən, 142-si Babək prospektindəki yaşayış kompleksindən təklif olunacaq.