Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
SOSİAL

23 dekabr 2020, 14:50

Mətn ölçüsü

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. 

News24.az xəbər verir ki, dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Dekabrın 23-dən 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.