Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq

Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq
SOSİAL

14 yanvar 2021, 17:14

Mətn ölçüsü

"Azərbaycanda ICESCO-nun regional mərkəzi yaradılacaq". 

News24.az-ın məlumatına görə, bunu ADA Universitetində keçirilən mətbuat konfransında Mədəniyyət naziri Anar Kərimov deyib.

O bildirib ki, regional mərkəzin yaradılması 2021-ci il ərzində baş tutacaq, bu, bir çox ölkələri əhatə edəcək: " Əsas məqsəd ICESCO-nun böyük bir regionda təbliğini həyata keçirməkdir. Əminik ki, bu regional mərkəz həm Azərbaycan və ICESCO arasında, həm də regional dövlətlər arasında əlaqələrin inkişafına töhfə verəcək".