Azərbaycanda vurulacaq vaksininin EFFEKTİVLİK FAİZİ AÇIQLANDI

Azərbaycanda vurulacaq  vaksininin EFFEKTİVLİK FAİZİ AÇIQLANDI
SOSİAL

16 yanvar 2021, 11:45

Mətn ölçüsü

“Hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib”.

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.

T. Musayev deyib ki, vaksinlər adətən, iki mərhələdə vurulur: “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.