Yanvarın 25-dən Bakıya giriş-çıxışa nəzarət edən postlar ləğv olunacaq

Yanvarın 25-dən Bakıya giriş-çıxışa nəzarət edən postlar ləğv olunacaq
SOSİAL

16 yanvar 2021, 15:20

Mətn ölçüsü

Yanvarın 25-dən etibarən rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv ediləcək.

News24.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev deyib.
DYP rəsmisi bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvar ayının 25-dən etibarən rayonlararası gediş-gəliş bərpa olunacaq: “Bununla əlaqədar həmin yollardan qurulan postlar da ləğv ediləcək. Şəhər və ya rayon qeydiyyatı olmasından asılı olmayaraq hər kəsin sərbəst gediş-gəlişinə icazə veriləcək. Minik avtomobilləri ilə sərnişindaşımaya da icazə veriləcək. Müntəzəm marşrut avtobusları ilə sərnişindaşımaya isə icazə verilmir”.