Fevralın 1-dən MƏKTƏBLƏR AÇILIR - EKSKLÜZİV

Fevralın 1-dən MƏKTƏBLƏR AÇILIR - EKSKLÜZİV
SOSİAL

19 yanvar 2021, 11:34

Mətn ölçüsü

Fevralın 1-dən etibarən Azərbaycanda ibtidai siniflərin dərs prosesinə qoşulması nəzərdə tutulur.

News24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, sentyabrın 15-də olduğu kimi, 1 və 4-cü siniflər növbəli şəkildə, həftədə iki-üç dəfə məktəbə gedəcək.

Bildirilir ki, fevralın 15-dən sonra 5 və 9-cu siniflərin növbəli şəkildə tədris rejiminə qayıdacağı gözlənilir. 

Təhsil Nazirliyi məsələ ilə bağlı News24.az-ın sorğusunu belə cavablayıb: “Bununla bağlı müvafiq planlaşdırma işləri aparılır. Yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Yanvarın 22-si Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə mətbuat konfransı keçiriləcək və bununla bağlı bütün məsələlərə aydınlıq gətiriləcək”.

Məhərrəm Əliyev