"Hamilə qadınlara peyvənd vurulması tövsiyə edilmir" - TƏBİB

"Hamilə qadınlara peyvənd vurulması tövsiyə edilmir" - TƏBİB
SOSİAL

19 yanvar 2021, 13:39

Mətn ölçüsü

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hamilə qadınlara və körpələrə vaksin vurulması ilə bağlı məsələyə aydınlıq gətirib.

News24.az-ın məlumatına görə, bu barədə TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

TƏBİB rəsmisi bildirib ki, hamilə olan qadınlara peyvəndin vurulmasının tövsiyə edilmir: "Bunu ziyan olduğu üçün deyil, bu istiqamətdə hələ araşdırmalar aparılmadığına görə tövsiyə etmirik. Ona görə də hamilə xanımlar vaksinasiya olmamalıdırlar".