Sabahın hava proqnozu

Sabahın hava proqnozu
SOSİAL

20 yanvar 2021, 12:29

Mətn ölçüsü

Yanvarın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə yanvarın 21-də  Bakıda və Abşeron yarımadasında  havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766  mm civə sütunundan 776 mm civə sütununa yüksələcək,  nisbi rütubət  80-90 faiz olacaq. 

Yanvarın 21-də Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 0-5 dərəcə şaxta, gündüz  4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.