Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun VİDA MƏRASİMİNƏ QATILIB

Vilayət Eyvazov Daxili Qoşunların şəhid olan çavuşunun VİDA MƏRASİMİNƏ QATILIB
SOSİAL

21 yanvar 2021, 18:15

Mətn ölçüsü

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən yaralanan Daxili Qoşunların hərbi qulluqçusu bu gün vəfat edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralanaraq, tibb müəssisəsinə yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o bu gün şəhid olub.

Şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşaiyəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.