Azərbaycan Milli Olimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr və Mətbuat Şöbəsinin müdiri, tanınmış jurnalist Günay Malikqızı İctimai televiziyada işə başlayıb.
News24.az xəbər verir ki, G.Malikqızı İTV-də "Diqqət mərkəzi" proqramının aparıcısı vəzifəsində çalışır.
Qeyd edək ki, G.Malikqızı bundan əvvəlki illərdə "Xəzər", "Lider" televiziyalarında işləyib. Bundan başqa, "Park Bulvar AVM"in mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb.
Sevda Bayramova
20:04